Milyarder Ruben Vardanyan Qarabağı tərk edib
Xankəndinə yaşamağa gəldiyini bəyan etmiş erməni milyarder Ruben Vardanyan Qarabağı tərk edib.
Azpost.info bildirir ki, o Fransaya səfərə yollanıb. Bu barədə Vardanyan özünün sosial şəbəkədəki səhifəsində yazıb.
Milyarder yazıb ki, Qarabağ məsələsi ilə bağlı bir sıra beynəlxalq görüşləri keçirmək üçün Fransaya gedir.
“Qarabağın təhlükəsizliyinin təminatı ilə bağlı fəaliyyətimizi nufuzlu ölkələrə izah etməyi mühüm sayıram”-deyə Vardanyan yazıb.
Rusiya vətəndaşlığından imtina etdiyini bəyan edən Vardanyan bir müddət əvvəl Qarabağa köçməsi barədə bəyanat verib. Onun Rusiyaya qarşı sanksiyalardan qaçmaq üçün belə avanturaya əl atdığı bildirilir.