Yağan yağışlar çaylarda sululuğun artmasına səbəb olub


Son günlər ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində respublikanın yerli çaylarında sululuq artıb.



Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev AFN-ə bildirib ki, ötən günlər müşahidə olunan azsulu dövrlə müqayisədə Böyük Qafqaz çaylarında 77 faiz, Kiçik Qafqaz çaylarında 70 faiz, Lənkəran-Astara bölgəsi çaylarında isə 200 faiz artım qeydə alınıb.

“Qonşu ölkələrdə yağan yağışlar nəticəsində tranzit çaylarda da sululuğun artımı müşahidə olunub. Belə ki, Kür-Qıraqkəsəmən məntəqəsində sululuq 39 faiz, Qanıx-Cəlayir məntəqəsində isə 21 faiz artıb”.

A. Verdiyev qeyd edib ki, sentyabrın 6-da və 7-də Zaqatala rayonu ərazisindən axan Talaçay-Zaqatala məntəqəsindən və sentyabrın 7-də Balakən rayonu ərazisindən axan Balakənçay-Balakən məntəqəsindən qısamüddətli sel keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu