"Siyasi partiyalar haqqında" qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə nəzərə alınıb - Arzu Nağıyev


"Artıq "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası qanununun yenidən işlənməsi zərurəti yaranıb. Çünki "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası qanunu 1992-ci ilin iyun ayında qəbul edilib. Bu gün ölkədə yeni siyasi konfiqurasiya, qanunvericilik sahəsində siyasi sistem yaranıb. Məhz buna görədə Milli Məclis tərəfindən addımların atılması zəruridir".


Bunu AFN.az-a açıqlamasında Millət vəkili Arzu Nağıyev deyib. Deputatın sözlərinə görə, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu üçün Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri parlament sədrinə müraciət ediblər: "İyul ayının 26-da Milli Məclis bu proses başladığı barəsində mediayaya açıqlama vermişdi. Elə həmin gün lahiyə ilə bağlı təkliflərin təqdim edilməsi üçün bütün siyasi partiyalara müraciət edilib. 39 siyasi partiya Milli Məclisə rəsmi şəkildə öz təklifini təqdim edib. Plenar iclasdan əvvəl Milli Məclisin rəsmi saytında yerləşdirilib. 28 sentyabrda ilk ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur”.
Arzu Nağıyev qanun layihəsinin hazırlanmasında istifadə olunan beynəlxalq təcrübədən də bəhs edib: "Milli Məclisdə bu lahiyə hazırlanarkən bütün beynəlxalq konvensiyalar, Venesiya Komissiyası, həmçinin 20-dən çox ölkənin təcrübəsi nəzərə alınıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu