“Rusiya taxılı dünya bazarlarına gecikmə ilə çıxır”- Ərdoğan Putinlə görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı rusiyalı həmkarı Vladimir Putinlə “taxıl sazişi” ilə bağlı danışıqlar aparacağını bildirib.
Sammit sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək.
Ərdoğanın sözlərinə görə, Rusiya taxılı dünya bazarlarına gecikmə ilə çıxır: “Bu problemi aradan qaldırmaq üçün cənab Putinlə geniş danışıqlara ehtiyac var. Bizim gözləntimiz ondan ibarətdir ki, Rusiya taxılının bazarlara çatdırılması mümkün qədər tez başlansın və ehtiyacı olan ölkələrə çatdırılsın”.