Çavuşoğlu növbəti dəfə Yunanıstana xəbərdarlıq edib


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib.



AFN xəbər verir ki bu barədə Mövlud Çavuşoğlu Ankarada “Sakarya Meydan Muharebesi ve Haymana Sempozyumu"nda çıxışı zamanıı bildirib.

"Biz Egeyin iki tərəfində qonşuluq haqlarına hörmət etməyə çalışdığımız zamanda Yunanıstan hələ qaşımağa, qaşınmağa davam edir. Başqalarının hesabına macəraya qatılsanız, keçmişdə olduğu kimi bu gün də nəticələrinə qəbullanmalısınız. Bu qonşumuz Yunanıstan üçün bir siqnaldır. Hər kəs ağlını başına yığsın, xüsusilə də Yunanıstana deyirik: "Başqalarının maşası olmayın, təhriklərə davam etməyin çünki Türkiyənin dostluğu möhkəm, qəzəbi isə vahiməlidir. Bunu ağlınızdan çıxarmayın".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu