Bakıda keçirilən nəqliyyat -kommunikasiya əlaqələri ilə bağlı görüş böyük əhəmiyyət daşıyır – Anar Əliyev


Sentyabrın 9-da Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasimi arasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirilib.

Görüşlə bağlı fikirlərini AFN.az-a bölüşən politoloq Anar Əliyevin sözlərinə görə, müzakirə edilən məsələlər olduqca əhəmiyyətlidir: “Bakıda keçirilən nəqliyyat -kommunikasiya əlaqələri ilə bağlı üçtərəfli görüş eyni zamanda “Şimal-Cənub” dəhlizinin potensialının qiymətləndirilməsinə, gələcəkdə bu potensialın daha da artırılmasına xidmət edir. Görüş zamanı bir neçə istiqamətdə məsələlərin müzakirəsi tədbirin əhəmiyyətini daha da artırıb”.
Anar Əliyev eyni zamanda lahiyənin hər üç ölkəyə verdiyi uğurdan da bəhs edib: “Azərbaycan artıq tək Şərq-Qərb deyil, həm də Şimal-Cənub axını baxımından ticarət, nəqliyyat habına çevirilir. Baş nazirin müavini Şahin Mustafayevin də qeyd etdiyi kimi, ötən illərlə müqayisədə artıq Şimal-Cənub istiqamətində yük daşımalarında çox ciddi artım müşahidə olunub. Bu, dövlətimizin maraqlarına xidmət etməklə yanaşı , təhlükəsizliyimizə də zəmin yaratmış oldu.
Burda İran İslam Respublikasının da böyük maraqları var. Çünki Avropa tərəfindən İrana çox böyük sanskiyalar tətbiq edilir. Belə bir dövrdə Cənub qonşumuz yeni valyuta bazarını əldə etmiş olur. Həmçinin İran üçün təhlükəsizliklə bağlı qarant rolunda çıxış edir. Həmçinin Zəngəzur dəhlizi işə düşdükdən sonra Şərq-Qərb dəhlizi vasitəsilə beynəlxalq dəmir yol xəttinə əlavə bir çıxış yolu qazanır.
Şimal qonşumuz Rusiya da maraqları ilə yanaşı, diplomatik uğurlar qazanır. İpək yolunun, Şimal axınının blok edildiyi zamanda Rusiyanın tranizt ölkə kimi rolunu daha da artırır. Bir daha indiki dövrdə Rusiyanın heç bir zaman tək olmadığını göstərir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu