Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi cəmiyyətdə narahatlıq yaradıb - Rəşad Məcid

“Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun həbsi təəssüfləndirici haldır. Cəmiyyətdə də narahatlıq yaradıb”.
Bunu AFN.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcid deyib. O, qeyd edib ki, Azərbaycanı istəməyən qüvvələr bu məsələni qabardaraq, ölkəmizin əleyhinə kampaniya aparacaqlar: “Gərək onlara bu fürsət verilməzdi. İstintaq prosesinin həbs qərarı olmadan aparılmasının mümkünlüyünə baxılmalı idi. İctimaiyyətə lazımi və aydın məlumat verilməlidir, çünki burda həqiqətin üzə çıxması cəmiyyətimiz üçün çox vacibdir. Aydınlıq zəruridir”.