Əvəz Zeynallı barəsində cinayət işi başlandı - YENİLƏNİB


Məlumata görə, Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində dindirilir.


Sosial şəbəkədə yaxınlarının verdiyi məlumata görə, Prokuroluq əməkdaşları vəkil Elçin Sadıqovun evindən sənədlər götürərək axtarışı başa çatdırıblar.

***

“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı barəsində cinayət işi başlanıb.


Baş Prokurorluqdan bildirilib ki, hazırda istintaq hərəkətləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir neçə saat əvvəl Əvəz Zeynallı saxlanılıb və ofisində axtarış aparılır. Eyni zamanda vəkil Elçin Sadıqovun da ofisində axtarış aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu