Sabah iş yerini dəyişən müəllimlərin sertifikasiya imtahanı keçiriləcək


Sentyabrın 13-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin keçirilməsi nəzərdə tutulur.



Elm və Təhsil Nazirliyindən AFN-ə verilən məlumata görə, imtahan Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.

Mövcud qaydalara əsasən, ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifkatlaşdırma prosesindən azaddırlar. Elm və Təhsil Nazirliyinə əvvəlki illərdə ümumi təhsil müəssisələrinə işə qəbul olunub, 5 ildən çox pedaqoji stajı olan, son 5 il ərzində işə qəbul imtahanı vasitəsilə iş yerini dəyişən müəllimlərin çoxsaylı müraciətləri nəzərə alınaraq sözügedən kateqoriyadan olan təhsilverənlərin məlumatları təhlil edilib.Təhlillər nəticəsində 260 nəfər təhsilverən müəyyənləşdirilib, həmin şəxslərin səhifələrinə imtahan barədə məlumat göndərilib.

Məqsəd Nazirlər Kabinetinin müvafiq qərarı ilə sertifikatlaşdırma nəticələrinə əsasən, təhsilverənlərin vəzifə maaşına ediləcək əlavələrdən təhsilverənlərin yararlanmasına şərait yaratmaqdır.

Qeyd edək ki, 13 sentyabrda test imtahanında iştirak edə bilməyən şəxslər oktyabrın 15-də təşkil ediləcək imtahana qatıla bilərlər. Bu halda təhsilverənlərin vəzifə maaşına əlavə sertifikatlaşdırmadan keçdiyi dövrdən etibarən veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu