Ağacları kəsən şirkət cəzalandırılıb


Xətai rayonu, Zığ şossesinin kənarındakı zeytunluq adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.


Xidmət rəsmisi Vaqif Cavadov AFN.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı "Grand Aqro" MMC-yə məxsus zeytunluq ərazidəki ağacların qanunsuz kəsildiyi və sərt budandığı müəyyən edilib.

"Faktla bağlı "Grand Aqro" MMC barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu