Nikol Paşinyan Ermənistanın 49 hərbçisinin öldüyünü etiraf edib
![](https://static.report.az/photo/a1f73ba6-b7d8-37cd-941a-00d1a40acb52_850.jpg)
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginlikdə ölən erməni hərbçilərin ilkin sayını açıqlayıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət başçısı parlamentdə çıxış edərkən danışıb.
Onun sözlərinə görə, Ermənistan tərəfi 49 hərbçisini itirib: “Bu, yekun rəqəm deyil”.