Rusiyadan başqa heç bir ölkə Ermənistana nə pulsuz silah verər, nə də silah almaq üçün kredit ayırar


Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışı zamanı ölkəsinin müdafiə xarakterli hərbi texnika alması üçün kifayət qədər maliyyə resurslarına malik olduğunu bildirsə də, zəruri əlavəsini unutmayıb: “Bir sıra ölkə Ermənistana silah satmaq istəmir, bəziləri isə silah salmaq istəyir, ancaq gərəkən sayda satacaq hərbi texnikası yoxdur”.


Paşinyan daha bir porblemə toxunub: “Ermənistanın dənizə çıxışı olmadığından hərbi texnikanı bu yollar ölkəyə gətirmək mümkün deyil”.

Ermənistanın baş nazirinin çıxışını şərh edən Elxan Şahinoğlu bildirib ki, Paşinyan elə danışır, guya Ermənistan hakimiyyəti müxtəlif dövlətlərdən silah və hərbi texnika almağa siyasi qərar verməyə hazırdır: "Kreml Ermənistana imkan verərmi ki, İrəvan Rusiyadan başqa digər ölkələrdən istədiyi sayda silah və hərbi texnika alsın? Rusiya silahın və hərbi texnikanın Ermənistana bir hissəsini pulsuz verib, İrəvan digərlərini Kremlin ayırdığı kreditlə əldə edib. Rusiya Ermənistan üçün bu cür münbit şərait yaradarkən İrəvan başqa hansı ölkədən silah və hərbi texnika almaq istəyə bilər? Rusiyadan başqa heç bir ölkə Ermənistana nə pulsuz silah verər, nə də silah almaq üçün kredit ayırar. Paşinyanın dənizə çıxışı olmayan Ermənistanın hərbi texnikanı ölkəyə çatdırılmasının çətin olduğu cümləsi də diqqəti cəlb edir. Rusiya Ermənistana silahı bir neçə yolla çatdırır: Xəzər dənizi və İran üzərindən quru yolla, Mərkəzi Asiya və İranın hava sahəsi üzərindən, o cümlədən Gürcüstanın hava sahəsindən istifadə edərək. Paşinyan ona işarə edib ki, bu yollarla çatdırılmanın çətinlikləri var".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu