Bakıda hoteldə hindistanlı turistin başına iş gəldi


Bakıda hoteldə hindistanlı turist xəsarət alıb.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu K.Əhmədov küçəsində yerləşən “İnside City” hotelində 1997-ci il təvəllüdlü R.Narayan yanıq xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Hindistan vətəndaşı olan 25 yaşlı oğlan Bakıya turist kimi gəlib və qeyd edilən hoteldə məskunlaşıb. O, nömrəsində duş almaq istəyərkən qaynar suyun üzərinə tökülməsi səbəbindən yaralanıb.

R.Narayanın vəziyyətinin qənaətbəxş olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu