Tarixi torpaqlarımızı azad etməyənə kimi bu gərginlik hökm sürəcək - Emin Həsənli

"Ermənistan yenə həyasızlıq edərək, üzərinə götürdüyü öhdəliklərə əməl etmir, sərhəd boyu təxribatlar törədir".
Bunu AFN.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, cinayətkar artıq cəzasını alıb: "Böyük sayda itkilər verib. Ancaq onlar heç bir nəticə çıxartmır. Onları başa salan yeganə vasitə dəmir yumruqdur. Ermənistan bölgədən getməsə, sabitlik adını çəkmək düzgün deyil. Azərbaycan tarixi dədə-baba torpaqlarımızı azad etməyənə kimi bu gərginlik hökm sürəcək. Necə ki, Türkiyə Suriyada bufer zona yaratdı. Terorru daxildən xaricə daşıdı. Biz də belə etməliyik. Qazaxdan Naxçıvana qədər 15-20-30 km dərinliyində bufer zona yaratmaq lazımdır ki, ordan da təxribatların qarşısını almaq mümkün olsun".