“Ermənistan-Azərbaycan sərhədində hər an gərginlik yarana bilər” - Sarkisyan
Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşəcəyini istisna etməyib.
“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, erməni nazir müavini jurnalistlərə açıqlamasında deyib:
"Son vaxtlar Ermənistan-Azərbaycan sərhədində vəziyyət o qədər də gərgin deyil, lakin heç kim istisna etmir ki, hər an müəyyən gərginlik yarana bilər”.
O, təfərrüatlara varmasa da, hər hansı bir məlumatın ictimaiyyətdən gizlədilməyəcəyini deyib.