Ermənistan meyitləri almaq üçün Azərbaycanla danışıqlar aparır


Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan ötən il sentyabrın 13-14-də Azərbaycanla sərhəddə baş verəın döyüşlərdə 224 erməni hərbçisinin öldürüldüyünü deyib. Onun sözlərinə görə, bütün meyitlərin şəxsiyyəti müəyyən edilərək dəfn edilib.


AFN.az-ın xəbərinə görə, Arman Sarkisyan bildirib ki, üç erməni hərbçisi hazırda itkin düşmüş şəxslər siyahısındadır. Onların dəqiq yerinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Müdafiə nazirinin müavini ölmüş hərbçilərin cəsədlərinin qaytarılmasını təmin etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar da daxil olmaqla, hər şeyin edildiyini qeyd edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu