Avropa Şurası Azərbaycan və Ermənistana müraciət edib


Avropa Şurası Azərbaycan və Ermənistanı vəziyyəti pisləşdirəcək addımlardan çəkinməyə çağırır.


Ermənistan-Azərbaycan sərhədində artıq çoxsaylı insan tələfatı və dağıntılara səbəb olduğu bildirilən zorakılığın artması ilə bağlı İrlandiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Saymon Koveni və Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Avropa Şurasına üzv dövlətlər arasında mübahisələrin həlli üçün hərbi gücdən istifadə qətiyyən qəbuledilməzdir. Ona görə də biz Azərbaycan və Ermənistanı vəziyyəti daha da pisləşdirə biləcək addımlardan çəkinməyə, beynəlxalq müqavilələrə hörmətlə yanaşmağa və gecikmədən sülh danışıqlarına başlamağa çağırırıq.

Biz Avropa Şurasına üzv olan iki dövləti üzərinə götürdüyü öhdəliklərə hörmət etməyə, xüsusən də münaqişənin sülh yolu ilə həllinə çağırırıq. Avropa Şurası bu səylərdə onlara dəstək verməyə hazırdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu