19 yaşlı şəhidimiz son mənzilə yola salınır - FOTOLAR


Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Nihat Qasımovun dəfn mərasimi keçirilir.


“Qafqazinfo” xəbər verir ki, şəhidimizin nəşi bu dəqiqələrdə doğulduğu Şəkinin Kiçik Dəhnə kəndində torpağa tapşırılır.

19 yaşlı Nihat Qasımov sentyabrın 13-də erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olub.

O, 21 aprel 2021-ci ildə həqiqi hərbi xidmətə başlamışdı.

Allah rəhmət eləsin!






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu