XTQ-nin şəhid giziri Kürdəmirdə dəfn edilib


Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri, 1991-ci il təvəllüdlü Nəzər Əzizov Kürdəmir rayonunda dəfn edilib.



AFN Report-a istinadla xəbər verir ki, 31 yaşlı şəhidimizin nəşi doğulub boya-başa çatdığı rayonun Dəyirmanlı kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə N.Əzizovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. N.Əzizov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu