Şəhid Kənan Nəsibov Tovuzda dəfn edildi


Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Kənan Nəsibov Tovuz rayonunda torpağa tapşırılıb.


Ermənilərin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid olan Kənan Cəbrayıl oğlu Nəsibovun nəşi ailəsinə təhvil verilib. Şəhid vida mərasimindən sonra rayonun Əsrik Cırdaxan kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində yaxınları ilə yanaşı, Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər. (report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu