Şəhid Sadiq Əzizlinin nəşi Qaradağda torpağa tapşırılıb - FOTOLAR


Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Əzizli Sadiq Zaur oğlu paytaxtın Qaradağ rayonunda dəfn edilib.


Şəhidimizin nəşi rayon ərazisindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Mərasimdə S.Əzizlinin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. S.Əzizli düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu