FTX Vladivostokda Ukraynaya casusluqda şübhəli bilinən rusiyalını saxlayıb
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Vladivostokda Ukraynanın hərbi kəşfiyyatı üçün informasiya toplamaqda şübhəli bilinən rusiyalını saxlayıb.
AFN xəbər verir ki, məlumatı sentyabrın 14-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqə Mərkəzindən TASS-a bildirib.
“Federal Təhlükəsizlik Xidməti Primorsk diyarında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin maraqları naminə casusluq şəklində dövlətə xəyanət etməkdə şübhəli bilinən Vladivostok sakininin fəaliyyətini qarısı alınıb”, - FTX bildirib.
Məlumata görə, Vladivostok sakini Ukrayna hərbi kəşfiyyatının göstərişi əsasında fəaliyyət göstərərk regionun hərbi infrastruktur obyektləri haqqında məlumatları toplayıb, ötürüb.
FTX-nin İstintaq bölməsi saxlanılan şəxsə qarşı “dövlətə xəyanət” maddəsi üzrə cinayət işi başlayıb. Həmin şəxsə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.