Almaniyada hərbi obyektlərdə təxribat törətməyə hazırlaşmaqda şübhəli bilinən şəxslər saxlanıb


Almaniyada Rusiya xüsusi xidmətinin sifarişi ilə təxribat əməliyyatı planlaşdırmaqda şübhəli bilinən iki nəfər həbs edilib.


Almaniyanın “Der Spiegel” nəşri xəbər verir ki, alman prokurorları onların Ukraynaya dəstəyi zəiflətmək üçün Amerika hərbi obyektləri də daxil olmaqla təxribat hücumları hazırlamaqda şübhəli bilindiklərini açıqlayıblar.

Həbslər çərşənbə günü səhər Bavariya şəhərində polis xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.

“Der Spiegel”in məlumatına görə, əsas şübhəli nəşrin rusiyalı alman (Deutschrussen) adlandırdığı Bavariyadan olan 39 yaşlı Diter S.-dir.

Onun Almaniya və Rusiya vətəndaşlığı var və 2014-2016-cı illər arasında Ukrayna cəbhəsində DXR bölmələri ilə döyüşdüyü iddia edildiyi üçün təhlükəsizlik orqanlarının diqqətini çəkib.

Federal prokurorlar onu başqa şeylərlə yanaşı, məxfi xidmət agenti kimi fəaliyyət göstərməkdə ittiham edirlər.

Müstəntiqlər əmindirlər ki, Diter S. 2023-cü ilin oktyabr ayından Almaniyada təxribat əməliyyatları ilə bağlı Rusiya xüsusi xidmət orqanlarının əlaqələri ilə fikir mübadiləsi aparır.

Məlumata görə, o, hərbi infrastrukturda, silah zavodlarında və sənaye obyektlərində yanğın və partlayışlar törətməyə razılaşıb.

Alexander adlı başqa bir müttəhimin ona 2024-cü ilin mart ayından kömək etdiyi iddia edilir.

“Der Spiegel” yazır ki, saytlar arasında Bavariyadakı Qrafenvuer ordusu bazası da var. Burada ukraynalı əsgərlər Amerikanın “Abrams” tanklarından istifadə etmək üçün təlim keçirlər.

Almaniya prokurorlarının bəyanatında deyilir: “Bu hərəkətlər, xüsusən, Almaniyanın Rusiyanın işğalçı müharibəsinə qarşı Ukraynaya verdiyi hərbi dəstəyi sarsıtmaq məqsədi daşıyırdı".

Rusiyanın Berlindəki səfirliyi həbslər və ittihamlarla bağlı hələlik şərh verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu