Rusiya FTX terror aktları hazırlamaqda şübhəli bilinən 19 nəfəri saxlayıb
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Şimali Qafqazda terrorçuluqda şübhəli bilinən 19 nəfəri saxlayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə fevralın 17-də FTX məlumat yayıb.
Məlumata görə, onlar “Ət-Takfir val-Hicra” təşkilatının üzvüləridir.
Bildirilib ki, 2021-ci ilin fevralında Qaraçay-Çərkəz Respublikası, Krım, Krasnodar diyarı və Rostov vilayətində 19 nəfər saxlanılıb. Onlar terrorçuluğu təbliğ etməkdə, Şimali Qafqaz ərazisində təşkilat adından terror-diversiya aktları həyata keçirməyi planlaşdırmaqda ittiham olunurlar. Onlara məxsus gizli saxlanc yeri də aşkar olunub. Oradan avtomat “Kalaşnikov”, “RPK” tipli pulemyot, güllə və əldəqayırma partlayıcı, o cümlədən dağıdıcı elementlərlə birlikdə “intiharçı kəməri” aşkarlanıb.