Belçika terrorda şübhəli bilinən 7 nəfəri həbs edib
Belçika polisi terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.
AFN.az-ın məlumatına görə, bu barədə cümə axşamı ölkə prokurorluğuna istinadən "Belga" agentliyi məlumat yayıb.
Federal Prokurorluğun araşdırması zamanı Qərbi və Şərqi Flandriyanın bir neçə şəhərində doqquz axtarış aparılıb. Şübhəlilərin terror aktının yeri ilə bağlı dəqiq planları və məlumatı olmayıb, saxlanılmasına səbəb onların silah axtarışı olub.
Yeddi nəfərin hamısı İslam Dövləti terror qruplaşmasının (İŞİD) tərəfdarıdır.
Saxlanılan şəxslər adam öldürməyə cəhd, terror fəaliyyətlərində iştirak və terror aktına hazırlıqda ittiham oluna bilər.