Almaniyada "İslam dövləti"ni maliyyələşdirməkdə şübhəli bilinən 7 nəfəri həbs edilib
Almaniya hakimiyyəti terrorun maliyyələşdirilməsi ilə bağlı araşdırma çərçivəsində “İslam Dövləti” terror qruplaşmasının tərəfdarı olduğu iddia edilən yeddi nəfəri həbs edib.
AFN.az xbər verir ki, bu barədə Reuters məlumat yayıb. Məlumatda bildirilir ki, səlahiyyətlilər Baden-Vürtemberq, Bremen, Hamburq, Hessen, Şimali Reyn-Vestfaliya və Reynland-Pfaltsda və Hollandiyadakı bir mülkə 19 reyd keçirib.
Həbs edilənlər Telegram da daxil olmaqla sosial platformalar vasitəsilə Suriyada İŞİD üçün maliyyə ianələri toplayan və sonra onları qrupa və ya onun vasitəçilərinə ötürən beynəlxalq şəbəkəyə mənsub olmaqda şübhəli bilinir.
Ən azı 65 min avronun bu yolla köçürüldüyünü deyən prokurorlar, pulun Suriyada həbsdə olan İŞİD üzvlərinə dəstək üçün istifadə edildiyini, bəzi hallarda isə onların həbs düşərgələrindən qaçmasına imkan verdiyini bildirib.
Yeddi şübhəlinin çərşənbə və cümə axşamı günü onları həbsdə saxlayıb-saxlamamalarına qərar verəcək sülh məhkəməsi qarşısına çıxması planlaşdırılır.