Fransada terror aktları hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb


Fransanın şərqində hüquq-mühafizə orqanlarının əməkdaşları terror aktı hazırlamaqda şübhəli bilinən 5 nəfəri saxlayıb.



Bu barədə “L'Est Republicain” qəzeti yazıb.

Şübhəlilər dekabrın 22-də günortadan sonra Mert və Mozel departamentinin üç kommunasında saxlanılıblar. Məlumata görə, saxlanılan şəxslər üçüncü şəxslərin sağlamlığına və həyatına qəsd etmək məqsədi ilə “bir və ya bir neçə cinayət hazırlamaq məqsədi ilə cinayətkar terror qruplaşması yaratmaqda” şübhəli bilinirlər.

İstintaq Milli Antiterror Prokurorluğu tərəfindən aparılır. Mənbənin dediyinə görə, hazırda şübhəlilərin planları barədə məlumatı açıqlamaq mümkün deyil. Saxlanılanların hamısı artıq nəzarətə götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu