İranda Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücumda şübhəli bilinən şəxslər saxlanıb
İran Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücumda şübhəli bilinən şəxsləri saxlanıb.
AFN.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Agentlik İran Kəşfiyyat Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) birgə bəyanatına istinadən bildirilir ki, yanvarın 29-da İran Müdafiə Nazirliyinin İsfahan şəhərindəki obyektinə hücumda şübhəli bilinən şəxslər saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdiyi üçün əlavə məlumat verilməyib.