Almaniyada rusiyalı casusun məhkəməsi başlayıb


Almaniyada Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş əməkdaşı və onun Rusiyaya casusluqda ittiham olunduğu iddia edilən şərikinin məhkəməsi başlayıb.


AFN.az bu barədə Almaniya mediasına istinadən xəbər verir.

Keçən il Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılan və casus olduğu iddia edilən Karsten L. və onun vasitəçisi, iş adamı Artur E.-nin işinə Berlin Ali Məhkəməsində baxılır.

Rusiya xüsusi xidmət orqanları vasitəçi Artur E. vasitəsilə BND-nin analitik şöbəsində işləyən Karsten L.-yə ABŞ və Almaniyanın Ukrayna Silahlı Qüvvələrinə (AFU) tədarük etdiyi HIMARS və IRIS-T sistemlərinin geolokasiyasına dair dəqiq məlumatları toplamaqda və ötürməkdə ittiham edir. Həmçinin iddia edilir ki, Rusiya kəşfiyyatı təqsirləndirilən şəxslərə xidmətlərinə görə 450 min avro (44 milyon rubl) ödəyib.

2024-cü il iyulun 17-dək 51 dinləmənin keçirilməsi planlaşdırılır. Məxfilik səbəbindən bəziləri bağlı qapılar arxasında keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu