Almaniyada Rusiyaya silah satmaqda ittiham olunan şəxs həbs edilib


Almaniyada hərbi texnikada istifadə edilən elektron hissələri Rusiyaya satdığı iddia edilən Almaniya-Rusiya vətəndaşı Valdemar V. həbs edilib.


Federal Prokurorluğun verdiyi açıqlamada Valdemar V-nin Almaniyanın qərbindəki şirkəti vasitəsilə 2020-ci ilin yanvarından 2023-cü ilin martına qədər Rusiyada hərbi texnika və aksesuarlar istehsal edən bir şirkətə 26 dəfə cəmi 715 min avro dəyərində hissələr satdığı bildirilib.

Açıqlamada Valdemar V-nin beynəlxalq ticarəti üzrə iki şirkətin baş meneceri olduğu və satdığı hissələrin Rusiya silahlı qüvvələrinin Ukraynada istifadə etdiyi “Orlan 10” pilotsuz uçuş aparatında istifadə edildiyi bildirilib. Qeyd edilib ki, o, embarqonu pozmaq üçün əvvəlcə xaricdən Almaniyaya elektron hissələri idxal etdiyi, daha sonra bu hissələri Rusiyadakı iki şirkətə təhvil verdiyi bildirilib.

Daha sonra şirkətlərin hissələri Rusiya hərbi texnika istehsalçısına göndərdiyi və Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Valdemar V-nin xaricdəki uydurma alıcıların köməyi ilə malları Dubay və Litva kimi digər ölkələr vasitəsilə göndərməyə başladığı bildirilir.

Sözügedən elektron hissələr Avropa İttifaqının 2014-cü ildə Krımı qanunsuz ilhaq etdiyinə görə Moskvaya qarşı sanksiyaları əhatə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu