Almaniyada Bundesverin əməkdaşı Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb


Almaniya Federal Prokurorluğunun məlumatına görə, bu ilin may ayından etibarən saxlanılan Almaniya vətəndaşı Tomas H. öz təşəbbüsü ilə Rusiya Federasiyasının Bonndakı Baş Konsulluğu və Rusiyanın Berlindəki səfirliyi ilə bir neçə dəfə əlaqə saxlayıb, əməkdaşlıq təklif edib.


Tomas H. Almaniyanın qərbindəki Koblenz şəhərində saxlanılıb. Müstəntiqlərin fikrincə, o, Bundesverdə aldığı məlumatları Rusiya hakimiyyət orqanlarına təhvil verib. Məlum olub ki, şübhəli şəxs Almaniya Ordusunun Avadanlıq və İnformasiya Texnologiyaları üzrə Federal İdarəsində çalışır. "Bild" yazır ki, bu struktur qoşunlar üçün bütün avadanlıqların alınmasına cavabdehdir.

Prokurorluğun məlumatına görə, Tomas H.-nin həbsinə dair order iyulun 27-də verilib. O, hazırda həbsdədir və onu on ilə qədər həbs gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu