Almaniyalı deputat Ukraynadakı münaqişənin dondurulması üçün variant təklif edib


Almaniya Bundestaqının deputatı Harald Veyel Almaniyanın Rusiyanın Ukrayna ilə sülh danışıqları üçün şərtlərini təsdiqləməyə hazır olması məsələsini qaldırıb.


Veyel Almaniya hökumətinə müraciətində münaqişənin dondurulmaması üçün oxşar üsul təklif edib.

“Federal hökumət Ukraynanın 24 fevral 2022-ci il və ya 18 mart 2014-cü il tarixinə qədər bütün ərazilərini geri almaması şərtilə, Ukraynadakı müharibəni dondurmaqla bitirməyə kömək etməyi düşünürmü?” – deyə Veyelin hökumətə müraciətində qeyd edib.

Deputatın sualına cavabı Almaniya Xarici İşlər Nazirliyinin parlament üzrə katibi Tomas Bagger verib. O vurğulayıb ki, Almaniya hökumətinin fikrincə, sülh yolu ilə nizamlanma üzrə Rusiya ilə mümkün danışıqların vaxtı, formatı və məzmunu müstəsna olaraq Ukrayna hökuməti tərəfindən həll edilməlidir.

“Federal hökumət Ukraynanın təqdim etdiyi 10 bəndlik sülh planını dəstəkləyir. Hazırda bu, Ukrayna üçün ədalətli və davamlı sülhün əsasını qoya biləcək yeganə təklifdir”, - Bagger bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu