Şəhid Elnur Rüstəmov Xaçmazda dəfn edilib


Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş gizir Elnur Faiq oğlu Rüstəmov dəfn edilib.



"Report"un Şimal bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü baş gizir Elnur Faiq oğlu Rüstəmov Xaçmazın Əbilyataq kəndində torpağa tapşırılıb.

Məlumat üçün bildirək ki, 33 yaşılı şəhid ailəli idi, 3 övladı var.

E.Rüstəmov Vətən müharibəsi iştirakçısı olub. O, torpaqlarmızın azad olunmasında göstərdiyi şücaətə görə "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu