Kəlbəcər istiqamətində atışma gedir
Sentyabrın 14-ü saat 14:44-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan və artilleriya qurğularından atəşə tutur.
AFN MN-ə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülür.





