Ermənistan Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində mövqelərini atəşə tutub
![](/uploads/posts/2023-08/1692353312_64df41d41147564df41d411476169235298064df41d41147064df41d411472.jpg)
Avqustun 18-i saat 10:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə AFN.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini gücləndirmək məqsədilə yerdəyişmə etməyə cəhd göstəriblər.
Qanunsuz yerdəyişmənin qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.