UEFA “Qarabağ”ın sükutla bağlı müraciətinə rədd cavab verdi


Xəbər verdiyimiz kimi, “Qarabağ” Avropa Liqasında “Nant”a qarşı keçirəcəyi oyundan öncə son döyüşlərdə şəhid olan hərbçilərimizin bir dəqiqəlik sükutla yad edilməsi üçün müraciət edib.


UEFA Ağdam klubunun bu istəyinə müsbət cavab verməyib.

Bunu saytımıza açıqlamasında “Qarabağ”ın Baş meneceri Asif Əsgərov da təsdiqləyib:

“Bəlli olduğu kimi, oyundan öncə şəhidlərimizi bir dəqiqəlik sükutla yad etmək üçün UEFA-ya müraciət etmişdik. Lakin UEFA cavab olaraq bildirdi ki, bu, futbolla əlaqəli məsələ olmadığı üçün icazə verə bilmərik”.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu