“Senari Rusiyada hazırlanıb, cənub qonşumuz da ondan geri qalmır” - Cümşüd Nuriyev

“Azərbaycan Ordusu hər zaman cavab verməyə hazırdır. Biz şəhid versək də, ayaqdayıq. Onlar bir şeyi anlamalıdılar ki, türk şəhid verdikcə güclənir. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Valideynlərinin əllərindən öpürəm. Həmişə torpaq şəhid qanı ilə vətənə çevirilir. Ordumuz yeni yüksəklikləri nəzarətə götürüb. Biz tək deyilik. İndi daha çox güclüyük”.
Bunu AFN.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib. Siyasi şərhçi Ermənistanın törətdiyi təxribatlardan sonra daha bir ölkəni münaqişəyə cəlb etmək istədiyini bildirib: “Ermənistan və onun havadarları son iki gündə öz niyyətlərinə çata bilmədilər. Guya Ordumuz Ermənistan ərazisinə girib. Guya sülhməramlıları atəşə tutub. Düşmən bu tip yalanlarla, dezinformasiyalarla Rusiyanı bu oyuna cəlb etmək istədi. Təbii ki, Rusiya bu oyuna könüllü şəkildə hazırdır. Senari bir növ olaraq Rusiyada hazırlanıb. Bizim cənub qonşumuzda heç də ondan geridə qalmır”.
Həmsöhbətimiz eyni zamanda Ermənistanın təxribatlar törətmək üçün xaricdən qüvvə aldığını da qeyd etdi: “Təxribatlar hazırda da davam edir. Bildiyimiz kimi, şanlı ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Hər bir şəhidə minimal 5, maksimal 8 erməni məhv edilib. Ermənistan rəqəmləri gizlədir. Ancaq bunu sona kimi bacara bilməz. Ermənistan müxalifəti qeyd edir ki, ölənlər arasında muzdlular da var. Lakin onlar qeydiyyatda yoxdu. Suriya, ABŞ və Rusiyadan muzdluların olduğu bildirilir. Onlar bu işdə çox fəallıq nümayiş etdirirlər. Qeydiyyatda olmadığına görə düşmən üçün say azaltma məsələsi çox asan başa gəlir”.
Politoloq KTMT-inin sözügedən hadisələrdə rolundan danışaraq, Paşinyanın Qərbdən tapşırıq aldığını bildirdi: “Ermənistan KTMT-də uğur qazana bilmədi. Baxmayaraq ki, burda Belarusiyanın nümayəndəsi bizə xəyanət elədi. Ancaq çox sağ olsun bizim türk qardaşlarımız ki, səs çoxluğu ilə qoşun yeridilməsi məsələsini gündəmdən çıxartdılar. Rusiyanın hazırda əvvəlki böyük imkanları yoxdu ki, keçmişdə atdığı addımları bərpa etsin. Ermənistanın aldığı tapşırığa əsasən istəyir ki, Rusiyanı bu məsələyə cəlb etməklə ikinci cəbhə açsı. Bu, əlbəttə, Qərbin xüsusi sifarişidir. Paşinyan özünü ağıllı sanır ki, həm Qərblə, həm də Rusiya ilə siyasət yürüdür. Rusiya da bunu çox yaxşı dərk edir”.
Fərahim RƏHİMOV