"Bakcell" və "Nar" operatorlarının şəbəkələrində texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB
Bu gün axşam saatlarında “Nar” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.
AFN.az-a bu barədə “Nar” şirkətindən bildirilib.
Qeyd olunub ki, şəbəkə xidmətlərində yaranan çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb.
***
Bu gün axşam saatlarında "Bakcell" operatorunun şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.
Bu barədə AFN.az-a "Bakcell" şirkətindən bildirilib.
"Artıq abunəçilərimiz rahatlıqla "Bakcell" xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!", - şirkətdən əlavə olunub.
***
Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.
"Bakcell" şirkətindən AFN.az-a verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: "Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək".
"Nar" şirkətindən AFN.az-a bildirilib ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb: "Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır. Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik".