Mingəçevir Teatrında “ölü canlar”ın olması ilə bağlı araşdırma başladı


Mingəçevir Teatrında Mədəniyyət Nazirliyinin Daxili Audit Şöbəsi araşdırmalara başlayıb.



Bakupost.az -ın məlumatına görə, Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev, teatrın direktoru Anar Quliyevin vəzifəsindən sui-istifadə edərək, teatrı şəxsi biznesi kimi idarə etməsi ilə bağlı verdiyi açıqlamadan sonra Mədəniyyət Nazirliyinin nümayəndələri teatrda yoxlamalar keçirib.
Qeyd edək ki, ötən gün Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev tanınmış jurnalist İntiqam Valehoğluna verdiyi açıqlamada teatrın direktoru Anar Quliyevin ştatda 10-12 nəfər “ölü can” olduğunu bildirib.

Rejissor teatrın canlanması üçün ştatda olub, fəaliyyəti olmayan şəxsləri çıxarıb yerinə yeni aktyorlar dəvət etmək təklifinə cavab olaraq, “Mədəniyyət Nazirliyi, konkret olaraq Anar Kərimov icazə verib, mən də bildiyimi edirəm” deyə cavab verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu