Rusiyalı general Ukraynada yaralandı
Rusiyalı general-mayor Oleq Çokov Ukraynada hazırda davam edən müharibə zamanı yaralanıb.
AFN xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Məlumata görə, rusiyalı general Luqansk vilayətinin hazırda Rusiya ordusunun nəzarəti altında olan Svatovo şəhərində yaralanıb. Oleq Çokovun sentyabrın 20-si təxliyə olunduğu bildirilir.