Rusiyada deputatlar hərbi xidmətə çağırılıb


Hakim Vahid Rusiya Partiyasından olan deputatlar "xüsusi hərbi əməliyyat zonasında" xidmət etməyə (Ukraynadakı müharibəyə) çağırılıblar.



“Report” “Mash”a istinadən xəbər verir ki, onlar bununla bağlı ərizələrini partiya baş şurasının katibi Andrey Turçaka təqdim ediblər.

Bildirilib ki, deputatlar Dmitri Xubezov, Dmitri Sablin, Sergey Sokol və Vitali Milonov Vahid Rusiya Partiyasından "xüsusi hərbi əməliyyat zonası"nda xidmətə çağırılan ilk dörd deputatdır.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu