Bakıda 90 yaşlı anasına işgəncə verən oğlu polisə çağrılıb


Həyat yoldaşı ilə birgə 90 yaşlı anasına işgəncə verən oğul polisə dəvət olunub.


Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, anasına işgəncələr verən şəxs Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, yaşlı qadının oğlu və gəlini polis orqanına dəvət olunub, onların izahatı alınıb. Məlum olub ki, görüntülər 6 ay əvvəl çəkilib. Yaşlı qadın hazırda Naxçıvan Muxtar Respublikasında qızının yanında yaşayır.

Hazırda araşdırmalar davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu