Mövlud Çavuşoğlu: "Qafqazda apardığımız siyasət bütün dünyanın xeyrinə nəticələnir”
“Ukrayna, Suriya, Liviya və Qafqazda apardığımız siyasət bütün dünyanın xeyrinə nəticələnir”.
AFN xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.
O vurğulayıb ki, rəsmi Ankara beynəlxalq aktor olaraq fəal xarici siyasət həyata keçirir. Nazir “Taxıl sazişi”, Rusiya ilə Ukrayna arasnda əsir mübadiləsi kimi məsələri buna nümunə kimi göstərib: “İndi də Rusiya və Ukrayna gübrələrinin dünya bazarına çıxarılmasına çalışırıq”.
M.Çavuşoğlu Türkiyənin geniş coğrafiyada humanitar xarici siyasət yürütdüyünü bildirib.