Salyanda küçədə 16 yaşlı gənc 49 yaşlı kişini bıçaqlayıb


Salyanda küçədə 16 yaşlı gənc 49 yaşlı kişini bıçaqlayıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-sı saat 21 radələrində Salyan şəhərinin Nazim Babayev küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Babayev Oktay Taleh oğlu aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 1973-cü il təvəllüdlü Kərimov Məxsud Adil oğlunu yaşadığı küçədə bıçaqla qəsdən 2 dəfə vuraraq ona bədən xəsarətləri yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu