Naxçıvan MR xəstəxanasında “Tibbin aktual problemləri” mövzusunda konfrans keçirilib


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Bakı Sağlamlıq Mərkəzi nümayəndələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Tibbin aktual problemləri” mövzusunda konfrans keçirilib.


Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət səhiyyə müəssisələrinin həkimləri və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin iştirak etdiyi konfransda Bakı Sağlamlıq Mərkəzinin Revmotologiya şöbəsinin müdiri Nərgiz Hüseynova “Kimlər revmatoloqa müraciət etməlidir?”, kardioloq-aritmoloq, professor-doktor Fərid Əliyev “Artimiya və insult”, ortoped-travmatoloq Sənan Aşırov “Oynaq xəstəlikləri və müasir müalicəsi”, terpavet Zakir Quliyev “Anemiyalı xəstənin idarə olunması”, tibb üzrə fəlsəfə doktoru Toğrul Ömərov “Uşaq cərahiyyəsinə müasir yanaşma”, mərkəzin Lor şöbəsinin müdiri, estetik lor cərrahı Rafiq Dəmirçalov “Qulaq, burun və boğaz xəstəliklərinin cərrahi müalicəsində endoskopik cərrahiyyənin üstünlükləri” mövzularında çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Konfransın sonunda Bakı Sağlamlıq Mərkəzinin həkim heyyətinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəkürnamələri təqdim olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu