Azərbaycan-Türkiyə birgə universitetinin açılacağı tarix bəlli olub
Azərbaycan-Türkiyə birgə Universitetinin nə vaxt açılacağı bəlli olub.
Bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı APA-ya açıqlamasında bildirib.
O bildirib ki, bu istiqamətdə hökumətlərarası müzakirələr davam etdirilir.
“2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümündə universitetin açılması nəzərdə tutulur” – deyə səfir qeyd edib.