"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Frayburq" klubunun baş məşqçisi Kristian Ştrayx koronavirusa yoluxub.
"Report" Bundesliqa təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis bu səbəbdən Fransanın "Nant" komandasına qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl keçirilən mətbuat konfransına onlayn formatda qoşulub.
Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.