Şagirdin döyüldüyü məktəbin direktor əvəzi işdən çıxarıldı


Bakının Sabunçu rayonunda yerləşən 112 nömrəli məktəbin direktor əvəzi işdən uzaqlaşdırılıb.


Bununla bağlı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində məlumat verib. Müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən verilib.

Qeyd edək ki, 112 saylı orta məktədə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb. Həmin görüntülər ciddi etirazlara səbəb olmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu