Araz Əlizadə dəfn edilib - YENİLƏNİB


Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə bu gün gecə saatlarında dünyasını dəyişib.



AFN xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu məlumat verib.

O bildirib ki, onkoloji xəstəlikdən əziyyyət çəkən atası bu gün günorta saatlarında Yasamal qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, A. Əlizadənin noyabrın 3-ü 71 yaşı tamam olacaqdı.

***

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə dəfn edilib.

AFN-in xəbərinə görə, Təzəpir məscidində mərhumla yaxınları və dostları vidalaşıblar.

Daha sonra Araz Əlizadənin cənazəsi Yasamal rayon qəbiristanlığına gətirilərək dəfn edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu