Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB
![](/uploads/posts/2024-04/1713341797_had-rcbli.jpg)
Hadi Rəcəbli ürəktutmadan vəfat edib.
Mərhumun qardaşı İqbal Rəcəbli “Report”a açıqlamasında bildirib ki, H.Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi "Təzəpir" məscidində baş tutacaq.
Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Azərbaycan Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadi Rəcəblinin ölümü ilə bağlı məlumat açıqlayıb.
Qurumdan verilən açıqlamada bildirilir:
“Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar aprelin 17-də saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadi Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb”.
***
Sabiq millət vəkili Hadi Rəcəbli vəfat edib.
AFN.az APA-ya istinadən xəbər verir ki, o, bu gün 76 yaşında dünyasını dəyişib.